Gömrükdə qanunsuz keçirilən mobil telefonlar aşkarlandı


15:55     13 Fevral 2020 2020/02/15815942547741618765e45368e2806c_1581594959.jpg

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Rover-45" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qabaq oturacaqlarının içərisində 4 ədəd "Redmi Note 8", 1 ədəd "Redmi Note 8 Pro" və 1 ədəd "Samsung Galaxy A20 S" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 388