Azərbaycanda şagirdlərin yerdəyişməsinə yenidən start verilib


19:12     13 Fevral 2020 sagird4.jpg

Azərbaycanda şagirdlərin yerdəyişməsinə yenidən start verilib.


Bu barədə Femida.az-a Təhsil Nazirliyindən bildirilib.

Qeyd edək ki, yanvarın 25-dən fevralın 13-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılmışdı. Sorğuların qəbulunun müvəqqəti dayandırılması məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlı idi.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və alternativ qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.


Femida.az

Açar sözlər:

Oxunub: 683