Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
17:42 13 Fevral 2020
Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Femida.az-a verilən məlumata görə, T. Klaar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı faydalı müzakirələrin aparıldığını bildirib.
E. Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırkı vəziyyəti, o cümlədən cari ilin 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə baş tutmuş görüşü və aparılmış müzakirələr haqqında qarşı tərəfi məlumatlandırıb.
Nazir münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında tezliklə həllinin substantiv aspektləri üzrə ətraflı müzakirələrin əhəmiyyətini vurğulayıb.
Həmçinin görüş zamanı Azərbaycanla Aİ əməkdaşlığının gündəliyində duran müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 889
Oxşar xəbərlər
- Məmmədyarov Aronyanı yenərək, liderliyini qorudu
- Məmmədyarov italiyalı həmkarı ilə telefonla danışdı
- Məmmədyarovla Mnatsakanyanın onlayn görüşü keçirilir
- Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı
- Məmmədyarov tacikistanlı həmkarı ilə telefonla danışdı
- Məmmədyarov səudiyyəli həmkarı ilə telefonla danışdı
- Məmmədyarov və Mnatskyan arasında videogörüş keçirilir
- Məmmədyarov beynəlxalq konfransda Ermənistanı ittiham etdi
- Məmmədyarov və Mnatsakanyan arasında görüş tarixi və yeri açıqlandı
- Məmmədyarov Gürcüstanla sərhəd məsələsinə aydınlıq gətirdi