Mağazalardan oğurluq edən dəstə tutuldu


19:23     13 Fevral 2020 ogurluq.jpg

Yanvarın 30-da Suraxanı rayonu ərazisindəki mağazaların birindən 200 manat və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Əsgərov, S.Mustafayev və əvvəllər məhkum olunmuşlar - S.Ağayev və B.Əmirov Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, ətraflarında aparılmış tədbirlərlə onların daha iki mağazadan 150 manat pul, ərzaq məhsulları və tütün məmulatı oğurlamaları da müəyyənləşib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 839