Məhkəmə Əmanətlərin Sığortalanması Fondunun rəhbərinin cəriməsini ləğv etdi


17:46     13 Fevral 2020 mehkeme%20son%20deyyil%20baslangic.jpg

Bakı Apellyasiya Məhkəməsində Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayevin inzibati cərimə edilməsi barədə qərardan verilən şikayətə baxılıb.

Femida.az xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, V.Abdullayevin barəsindəki cərimə qərarı ləğv edilib və icraata xitam verilib.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsi V.Abdullayevi İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) maddəsi ilə təqsirli bilərək, 2000 manat cərimə edilməsi barədə qərar çıxarmışdı.

Əmanətlərin Sığortalanması Fondu 2007-ci ildə yaradılıb. Fondun İcraçı direktorunun müavini Vüqar Abdullayev icraçı direktor vəzifəsini icra edir.


Femida.az

Açar sözlər:

Oxunub: 749