Fəzail Ağamalının lider namizəd olduğu dairə ilə bağlı qərar verildi


17:57     13 Fevral 2020 femida1429875778Fezail%20Agamali.jpg

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsində səsvermə nəticələri ilə bağlı şikayətə baxılıb.

Femida.az xəbər verir ki, sonda həmin müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, 60 saylı Salyan-Neftçala seçki dairəsinin lider namizədi Fəzail Ağamalıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 3637