Məşğulluq Strategiyası ilə bağlı Tədbirlər Planı təsdiqləndi


19:35     13 Fevral 2020 prezident26.jpg

Prezident İlham Əliyev “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncamla “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” təsdiqlənib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməli, həmin Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 502