Müdafiə naziri NATO-nun toplantısında iştirak edib


21:12     13 Fevral 2020 20_02_13_1581608039.jpg

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov fevralın 13-də Brüssel şəhərində NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantısında iştirak edib.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər, missiyanın gələcəyi və bir sıra digər məsələlər müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 465