Bir gündə 121 nəfər koronavirusdan öldü


09:18     14 Fevral 2020 2020/01/koronovirus2_1580468432.jpg

Çində ötən sutka ərzində 5090 nəfər koronavirusun yeni növünə (COVID-2019) yoluxub, 121 nəfər isə bu virusdan ölüb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Bildirilib ki, indiyədək virusa yoluxanların sayı 63 min 932, ölənlərin sayı 1381 nəfər çatıb.

Ötən sutka ərzində koronavirusa ən çox yoluxma faktı (4823 nəfər) xəstəliyin aşkarlandığı Hubey vilayətində qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 597