HÜQUQİ YARDIM: Nikah ərizə verilən gün bağlana bilər — Bu hallarda


09:46     14 Fevral 2020 nikah%20m.jpg

Femida.az vətəndaşlara hüquqin yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mözvu nikah bağlanması ilə bağlıdır.


- Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir.Nikaha daxil olmağı arzu edənlər bu barədə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə şəxsən yazılı ərizə verirlər.Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi nikaha daxil olanları nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış etməli, bu şəxslərin bir-birinin səhhəti və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını aydınlaşdırmalı, habelə gələcək ər-arvad və ya valideyn kimi onlara hüquqlarını və vəziyyətini izah etməlidir. Ümumi uşaqları olan şəxslər arasında nikah bağlandığı hallarda qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi onlara eyni zamanda atalığın müəyyən olunması qaydasını izah etməlidir.
Nikahın bağlanması vaxtı elə təyin edilməlidir ki, o, eyni binada ölüm və nikahın pozulmasının qeydiyyatı ilə bir vaxta düşməsin.
Nikah qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq onların iştirakı ilə bağlanır.

Ümumi müddəlarla yanaşı əlavə bəndlərdə mövcuddur.Nikahın bağlanma müddətini 1 aydan tez həyata keçirmək müknüdürmü?

Femida.az mövcud məcəlləyə istinadən xəbər verir ki, üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.

Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar aid edilə bilər. Bu hallar müvafiq sənədlərlə (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) təsdiq edilməlidir;

- Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması, bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulmuş digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.



Hazırladı: Miri Məcidli
Femida.az


Açar sözlər: #nikah_haqqında   #Nikah_qaydaları  

Oxunub: 1697


Oxşar xəbərlər