Prezident Mingəçevirə pul ayırıb - 11.9 km yol yenidən qurulur
09:54 14 Fevral 2020
Mingəçevir şəhəri ərazisində ümumi uzunluğu 11.9 kilometr olan, “Günəşli”, “Bağlar”, “Üçxoz” və “Tingçilik” yaşayış massivlərini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılıb.
AAYDA-dan Femida.az-a verilən məlumata görə, sözügedən yaşayış massivlərinin yolları ümumi istifadədə olan və uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü idi. Bu isə hərəkətdə ciddi maneələrə səbəb olurdu. Məhz ölkə başçısının sərəncamına əsasən yolların yenidən qurulması ilə sadalanan problemlər də geridə qalır.
Layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınır, deformasiyaya uğramış hissələr qazılaraq çıxarılır, karxana qruntu ilə əks-dolğu işləri görülür və kipləşdirilir, torpaq yataqları avtoqreyderlə profilə salınır, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasın tikintisi işləri görülür, mövcud suötürücü boruların sınmış və ya çökərək yararsız vəziyyətdə olduğundan yeni suötürücü borular inşa olunur.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsası hazır olan hissələrdə yolun asfaltlanması işləri də aparılır. Beki, yol örtüyünün alt və üst layı iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir. Bu çərçivədə “Tingçilik” yaşayış massivinin yoluna örtüyün alt layının döşənməsi işləri artıq yekunlaşıb.
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Bu tədbirlərin icrası, ilk növbədə, sözügedən ərazidə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan yaşayış məntəqələrini deyil, ümumilikdə, həmin ərazilərin sosial-iqtisadi inkişafına töhfə verir və əhaliyə əlavə iqtisadi imkanlar açır.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.
Femida.az
Oxunub: 628
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib