Bakı Şəhər İcra Hakimiyyətinə yeni mətbuat katibi təyin olunub


10:05     14 Fevral 2020 kreslo7.jpg

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov yeni vəzifəyə təyin olunub.


İ.Kərimov Femida.az-a açıqlamasında məlumatı təsdiqləyib.

Belə ki, BŞİH-in başçısı Eldar Əzizovun müvafiq əmri ilə İ.Kərimov İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini təyin edilib.

E.Əzizovun digər əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsi isə Mətin Adil oğlu Hüseynova həvalə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 736