Maşınlardan oğurluq edən şəxslər tutulub


10:25     14 Fevral 2020 2020/02/masin123_1581661612.jpg

Bakıda avtomobilləri qarət edən şəxslər saxlanılıb.


Femida.az-ın məlumatına görə, Binəqədi Polis İdarəsinin 6-cı Polis Bölməsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin iyunun 24-də E. Veysəlov, bu ilin yanvarın 21-də M. Şabanov, fevralın 2-də isə A. Allahyarov və Z. Sadıqova məxsus avtomobillərdən oğurluq edən Bakı şəhər sakini 1991-ci il təvəllüdlü N.Səlimov və Yevlax rayon sakini, 1997-ci il təvəllüdlü İ. İsgəndərov şübhəli bilinərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 674