Magistraturaya ərizə qəbulu başa çatıb


10:30     14 Fevral 2020 2019/01/dim_yeni_1548141371.jpg

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu başa çatıb.


Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən xəbərə görə, 15703 bakalavr elektron ərizəsini təsdiq edib.

Onlardan 14404-ü Azərbaycan, 1299-u rus bölməsi üzrədir.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı fevralın 23-də keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 328