Qarabağda 3 erməni əsgər özünə qəsd edib
11:01 14 Fevral 2020
Ermənistanın “Joxovurd” nəşri işğal altında olan Dağlıq Qarabağ bölgəsində intihar edən əsgərlər Tiqran Manvelyan və Tiqran Mxoyan bağlı araşdırma aparıb.
Femida.az-ın məlumatına görə, nəşr bildirir ki, Mxoyan eyni hərbi hissədə intihar edən yeganə hərbçi deyil. Ondan əvvəl bir dəfə də oxşar hadisə baş verib.
Qeyd olunub ki, bu, eyni hərbi hissədə baş verən ikinci intihar hadisəsidir. Belə ki, yanvarın 28-də saat 02:55 radələrində 20 yaşlı əsgər Nver Avetisyan eyni hərbi hissənin müdafiə zonasında intihara cəhd edib. Son anda ölümdən xilas olan hərbi qulluqçu ağır xəsarətlər alıb. Əsgər ifadəsində bildirib ki, yaşamağın mənası yoxdur. Avetisyan hazırda xidmətini davam etdirir. Onun hərbi xidmətinin bitməsinə 6 ay qalıb.
"Fevralın 12-də yenidən iki əsgər - Tiqran Manvelyan və Tiqran Mxoyan intihar edib. Onların hər ikisi yanvarın 28-də intihara cəhd edən Nver Avetisyanla eyni ərazidəki hərbi hissələrdə xidmət ediblər. Məlum olur ki, bir həftə ərzində eyni hərbi hissədə əsgərlərdən biri intihara cəhd edir, lakin onu xilas edə bilirlər, digər əsgərlər isə ölürlər. Silahlı qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan nə düşünür?", - deyə erməni KİV-i yazıb.
Femida.az
Oxunub: 644
Oxşar xəbərlər
- Qarabağda iki su anbarı tikiləcək
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Qarabağda döyüşməmək üçün özlərini şikəst edən ermənilər mühakimə olunacaq
- Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Bu güzəştlər ediləcək - VİDEO
- Qarabağda mühəndis təminatı üzrə tədbirlər davam etdirilir
- Qarabağda döyüşlərdə iştirak etmiş erməni silahlı dəstəsinin başçısı həbs olunub
- Qarabağda 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb
- Qarabağda bərpa olunacaq tarixi abidələrin sayı açıqlandı
- Qarabağda görüləcək işlərlə bağlı Koreyada təqdimat keçiriləcək