İcbari tibbi sığorta sisteminə bu il daxil olmayan tibbi xidmətlərin adları açıqlanıb
11:05 14 Fevral 2020
Azərbaycanda icbari tibbi sığorta sisteminə bu il daxil olmayan tibbi xidmətlərin adları açıqlanıb.
Femida.az xəbər verir ki, bu barədə "İcbari tibbi sığorta üzrə məlumatlılığın artırılması" mövzusunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya sessiyasında Agentliyin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib. O bildirib ki, icbari tibbi sığorta sisteminə bu il daxil olmayan xidmətlər psixi davranış pozuntularınn müayinə və müalicəsi, QİÇS, orqan transplantasiyası, ambulator şəraitdə dərman təchizatı, kosmetik prosedurlar və plastik cərrahiyyə, şəkərli diabet, talassemiya xəstələrinin müalicəsi, dializ, stomatoloji xidmətlərdir:
"Bunlar icbari tibbi sığorta sisteminə bu il daxil olmayan xidmətlərdir. Agentlik çevik mexanizm üzərində işləyir. Ola bilsin ki, sonrakı illərdə bu xidmətlər də təminata alınsın. Bunlar əsasən, Dövlət Proqramı çərçivəsində maliyyələşən xəstəliklərdir".
Ş.Eyvazov qeyd edib ki, icbari tibbi sığorta sisteminin tətbiqi üçün əsas maliyyə yükünü dövlət öz üzərinə götürüb:
"Azərbaycanda 18 yaşınadək şəxslərin, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslərin, pensiyaçıların, sosial müavinət almaq hüququna malik olan şəxslərin, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin sığortahaqları dövlət büdcəsi hesabına ödəniləcək".
Şöbə müdiri bildirib ki, aprelin 1-dən yalnız işləyən Azərbaycan vətəndaşının əməkhaqqından icbari tibbi sığorta haqqı tutulacaq:
"Yəni minumum aylıq əməkhaqqının 250 manat olması nəzərə alınarsa, aylıq 10 manat icbari sığorta haqqı tutulacaq. Dövlət tərəfindən sığorta haqqı ödənilən vətəndaşlarla sığorta haqqı ödəyən şəxslərin alacağı tibbi xidmətlər arasında heç bir fərq olmayacaq".
Femida.az
Oxunub: 800
Oxşar xəbərlər
- İcbari tibbi sığorta ilə bağlı göndərişlərdə yeniliklər olacaq
- İcbari tibbi sığorta üzrə məlumat bazasının istifadə qaydası təsdiqlənib
- İcbari tibbi sığorta xidməti göstərən özəl xəstəxanaların - SİYAHISI
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı
- İcbari sığorta üzrə 1 milyondan çox tibbi xidmət göstərilib
- İcbari tibbi sığorta bütün ölkəni əhatə edəcək
- İcbari tibbi sığorta çərçivəsində qazilərə və şəhid ailəsi üzvlərinə 13 mindən çox xidmət göstərilib
- İcbari tibbi sığorta xidmətləri bir il ƏDV-dən azad edildi
- İcbari tibbi sığorta haqları hansı qaydalarla tutulacaq? - İZAH
- İcbari tibbi sığortanın ƏDV-dən azad edilmə müddəti artırıldı