Türkiyənin Çindən təxliyə etdiyi azərbaycanlılarda koronavirus aşkarlanmayıb


12:19     14 Fevral 2020 klinika.jpg

Aralarında azərbaycanlıların da olduğu Türkiyənin Çindən təxliyə etdiyi 42 nəfərin heç birində koronavirus aşkarlanmayıb.


Femida.az xəbər verir ki, 14 günlük karantin bitdikdən sonra onlar evə buraxılıblar.

Xatırladaq ki, fevralın 1-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus ambulans təyyarəsi Çinin Vuhan şəhərindən 42 nəfəri təxliyə etmişdi. Onlardan 6-sı azərbaycanlı idi.

Femida.az

Açar sözlər:

Oxunub: 559