Əmisini güllələmkdə təqsirləndirilən şəxsin məhkəməsi olacaq


14:06     14 Fevral 2020 2018/02/hokm-mehkeme_1519381542.jpg

Ağstafa rayonunda iki nəfəri güllələmkdə təqsirləndirilən Sərxan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.



Femida.az-ın xəbərinə görə cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Xəqani Səmədovun icraatında olan iş üzrə hazırlıq iclası fevralın 18-ə təyin edilib.

Qeyd edək ki, ötən il oktyabr ayında Ağstafa rayonu Köçəsgər kəndində baş verən cinayət şəxsi münasibətlər zəminində törədilib.

Kənd ərazisində toy mərasimində iştirak edən 1989-cu il təvəllüdlü Sərxan Mehman oğlu Məmmədov Bakıdan gələn qonaqlara sataşıb. Bu zaman əmisi Qabil Məmmədov ona iradını bildirib. S.Məmmədov əmisinə bıçaqla hədə-qorxu da gəlib. Tərəflər arasında mübahisə ətrafdakılar tərəfindən sakitləşdirilib.

Bir gün sonra isə Q.Məmmədov kənd ərazisində yerləşən çayxanaların birinin həyətində çay içərkən S.Məmmədov "Mercedes" markalı avtomobillə çayxananın önünə gəlib və tüfənglə avtomobildən atəş açaraq əmisini vurub.

Daha sonra avtomobillə ərazidən uzaqlaşıb. Hadisə zamanı əmisinin yaxınlığında olan Yusif Əlləcov da xəsarət alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.

1989-cu il təvəllüdlü, Ağstafa rayon sakini Sərxan Məmmədov tutularaq istintaqa cəlb edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 421