Vilayət Eyvazov şöbə rəisini işdən çıxartdı


14:23     14 Fevral 2020 2019/07/vilayet_eyvazov_1562763735.jpg

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Xətt Polis İdarəsinin Gəncə şəhər şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şadəm Hüseynov vəzifəsindən azad edilib.


Femida.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Ş.Hüseynov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat olmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 528