Yanğında xəsarət alan 9 yaşlı uşaq xəstəxanada vəfat edib


20:28     14 Fevral 2020 publika.az1394679445nalbur-yangin.jpg

Fevralın 11-də Şəmkirdə baş verən yanğında ağır xəsarət alanlardan biri də dünyasını dəyişib.

Femida.az-ın məlumatına görə, hadisə zamanı xəsarət alan 2011-ci il təvəlüdlü Əhmədov Rüstəm Zöhrab oğlu Bakıda xəstəxanada dünyasını dəyişib.

Hadisə zamanı xəsarət alan digər iki nəfərin vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, yanvarın 11-də Şəmkirin Ələsgərli kəndində kənd sakini, 1987-ci il təvəllüdlü Əhmədov Zöhrab Rüstəm oğluna məxsus ev yanıb. Hadisə zamanı 1960-cı il təvəllüdlü Əhmədova Mehi Bayraməli qızı vəfat edib, ev sahibi və onun övladı 2011-ci il təvəllüdlü Əhmədov Rüstəm Zöhrab oğlu ağır yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətləri ağır olduğundan Gəncə şəhərinə, oradan da Bakıya aparılıblar. Yanğında 1957-ci il təvəllüdlü Əhmədov Rüstəm Süleyman oğlu da xəsarət alıb. Hadisənin elektrik naqillərində baş verən qısaqapanmadan olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 951