Əvvəl arvadını, sonra özünü güllələdi - Hacıqabulda


18:45     28 Noyabr 2015 big_1417788920_tufeng.jpg

Hacıqabul şəhər sakini arvadını və özünü güllələyib.


Femida.az DİN-nin saytına istinadən xəbər verir ki, noyabrın 27-də Hacıqabul şəhərində yaşayan Əflan Hüseynov evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə arvadı Almaza və özünə xəsarət yetirib və hər ikisi hadisə yerində ölüb.

Hacıqabul RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədi olan “TOZ-63” markalı ov tüfəngi götürülüb.

Araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1007