Qarabağda erməni əsgəri öldü


09:55     15 Fevral 2020 2020/02/ermeni_oldu_1581745827.jpg

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinin şərq istiqamətində yerləşən erməni hərbi hissələrinin birində 23 yaşlı müddətdən artıq hərbçi ölüb.


“Report” “News.am”a istinadən xəbər verir ki, hərbçinin ölümünə səbəb güllə yarası olub.

Hadisə fevralın 14-ü saat 19:00 radələrində baş verib.

Ayk Asryan adlı hərbçinin hansı şəraitdə ölməsi isə məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1095