Bakıda intihara cəhdin qarşısı alındı


10:50     15 Fevral 2020 20_02_15_1581749428.jpg

Nizami rayonunda polis əməkdaşları hündürmərtəbəli binadan özlərini atmaqla intihar etməyə cəhd edən şəxsləri xilas edib.

APA-nın məlumatına görə, dələduzluğa məruz qalmalarına etiraz əlaməti olaraq, intihara cəhd etmək istəyən şəxslər ərazidə xidmət aparan Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının müdaxiləsi ilə dayandırılıb.

Həmin şəxslər vəd verərək onları Rusiyaya aparıb işlədən və 13000 dollar pullarını mənimsəyənlərin cəzalandırılmasını tələb edirlər.

İntihara cəhd etmək istəyən şəxslər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 633