Mərkəzi Bank hərrac keçirib
12:04 15 Fevral 2020
Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50300579S dövlət qeydiyyat nömrəli, 50 milyon manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Femida.az-a verilən məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 97.056 AZN (6.49 faiz) və 98.3930 AZN (3.49 faiz) olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 193 milyon 893 min 200 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 98.258 AZN (3.79 faiz), orta ölçülmüş qiyməti 98.2625 AZN (3.79 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 50 milyon AZN təşkil edib. Notlar martın 8-də ödəniləcək.
Femida.az
Oxunub: 755
Oxşar xəbərlər
- Mərkəzi Bank İdarə Heyətinin sabiq üzvlərinin işdən azad edilməsi ilə bağlı açıqlama yayıb
- Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək
- Mərkəzi Bankın İdarə Heyətinə yeni üzv təyin edilib
- Mərkəzi Bank açıqlama yaydı
- Mərkəzi Bankın valyuta ehtiyatları cüzi azalıb
- Mərkəzi Nəbatat Bağında yanğın olub
- Mərkəzi Afrika Respublikasında 13 nəfər öldürülüb
- Mərkəzi Xəstəxananın direktoru vəzifəsindən azad olunub
- Mərkəzi Bankın hərracında dollara tələb artıb
- Mərkəzi Bank dizaynerlər üçün müsabiqə elan edib