Vilayət Eyvazov Bakı sakinlərini qəbul edib


15:32     15 Fevral 2020 20_02_15_1581756650.jpg

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də Daxili İşlər Nazirliyində polis orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirərək Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, V.Eyvazov onların polisin fəaliyyəti ilə bağlı müraciətlərini dinləyərək, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerində həllini tapıb.

Tədbirdə iştirak edən şəxslər göstərilən diqqət və qayğıya, müraciətlərinə çevik reaksiyaya və həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlıq ediblər.

Açar sözlər:

Oxunub: 512