Qarabağda erməni zabit özünü güllələyib


17:48     15 Fevral 2020 20_02_15_1581760141.jpg

Ermənistan İstintaq Komitəsində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində erməni hərbçinin ölümü ilə bağlı cinayət işi açılıb.


Femida.az xəbər verir ki, İstintaq Komitəsinin yaydığı məlumatda fevralın 14-də, saat 19:30 radələrində hərbi hissələrdən birində xidmətdə olan leytenant Ayk Asryanın öldüyü bildirilib.
1997-ci il təvəllüdlü hərbçi alın nahiyəsindən ölümcül güllə yarası alıb. Onun intihar etdiyi güman edilir.

Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 110-cu maddəsinin 1-ci hissəsi (intihar həddinə çatdırmaq) ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, cari il ərzində Ermənistan ordusunun 13 hərbi qulluqçusu ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 760