Prezidentlərin görüşü təxirə salındı


18:53     28 Noyabr 2015 ilham-sarkisyan-640-liderxeber.jpg

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın Parisdə planlaşdırılan görüşü baş tutmayacaq.


Femida.az xəbər verir ki, bu haqda Ermənistanın “Qraparak” qəzeti hakimiyyətdəki mənbəyə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar aparmaq üçün əvvəlcədən nəzərdə tutulan görüş yerini dəyişdiriblər.

“Paris artıq bu görüşün keçirilməsi üçün məqsədəuyğun məkan deyil”,-deyə qəzet qeyd edib.

Prezidentlərin görüşünün nə zaman və harada keçiriləcəi isə məlum deyil.

Qeyd edək ki, Prezidentlərin görüşünün dekabrın 1-də Parisdə keçiriləcəyi bildirilirdi.

Açar sözlər:

Oxunub: 1312