Ağstafada bir ailə qəzaya düşdü - Ölən var


18:03     15 Fevral 2020 qeza_yeni.jpg

Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, fevralın 14-də saat 19 radələrində Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində rayon sakini F.İsmayılov idarə etdiyi “VAZ-21063” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinləri - anası Sara, arvadı və qızı xəstəxanaya yerləşdirilib, Sara orada ölüb.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 803