Qazaxda minik maşını yanıb


18:42     15 Fevral 2020 yananmasin20150709.jpg

Qazaxda minik maşını yanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində, Qazax rayon polis şöbəsinin qarşısında olub. Həmin küçədə "VAZ 2106" markalı minik maşını anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yanğının yaxınlıqdakı maşınlara keçməsinin qarşısı alınıb. Yanğın zamanı minik maşını yararsız hala düşüb.

Yanğına səbəb avtomobilin elektrik sistemində olan nasazlıq olub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 817