Bakıda ata və oğlu yol qəzasında xəsarət aldı


19:57     15 Fevral 2020 qeza_yeni.jpg

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.


Femida.az-ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Qala qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində Beyləqan rayon sakinləri - 1965-ci il təvəllüdlü Quliyev İsgəndər Aslan oğlu və oğlu, 1990-cı il təvəllüdlü Quliyev İslam İsgəndər oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. İ.Quliyevə sağ əlin, döş qəfəsinin travması, İslam Quliyevə isə döş qəfəsinin travması diaqnozları qoyulub.

Femida.az

Açar sözlər:

Oxunub: 740