Çindən Bakıya qayıdan iki nəfərdə yüksək temperatur aşkarlandı
13:34 16 Fevral 2020
Dünən Türkiyənin paytaxtı Ankaradan Bakıya gəlmiş 6 Azərbaycan vətəndaşından 2-sində yüksək temperatur aşkarlanıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanında yüksək temperatur aşkarlanan Azərbaycan vətəndaşları 1 saylı Kliniki Tibbi Mərkəzə göndəriliblər.
Hazırda onlar klinikadadırlar və həkimlər tərəfindən müayinə edilirlər. Onlar karantin bitənədək həkim nəzarəti altında olacaqlar.
Ötən gün Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Uhandan təxliyə olunmuş şəxslərin karantin müddətinin başa çatdığını, onların heç birində koronavirusun aşkarlanmadığını açıqlayıb.
Xatırladaq ki, fevralın 1-də koronavirusun yayılma ocağı olan Çinin Uhan şəhərindən Türkiyə ordusuna məxsus təyyarə ilə həmin ölkə vətəndaşları ilə yanaşı, əksəriyyəti tələbələr olan 6 Azərbaycan vətəndaşı da təxliyə edilib. / Report
Femida.az
Oxunub: 644
Oxşar xəbərlər
- Peskov: "Rusiya Çindən Ukraynadakı əməliyyatla bağlı yardım istəməyib"
- Bakıda həbsxanaya şampunun içindən narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
- Çindən gələn iki tələbədə koronavirus aşkarlanmadı - RƏSMİ
- Çindən gələn daha 2 tələbə xəstəxanaya yerləşdirilib
- Azərbaycan səfiri Çindən təxliyə olunan şəxslərlə görüşüb
- Türkiyənin Çindən təxliyə etdiyi azərbaycanlılarda koronavirus aşkarlanmayıb
- Çindən gələn daha bir nəfər KTM-ə yerləşdirilib - RƏSMİ
- Çindən gələn Azərbaycan vətəndaşının hərarəti normadan yüksək olub - RƏSMİ
- Çindən Türkiyəyə təyyarə reysləri dayandırılır
- Çindən təxliyə edilən azərbaycanlıların analizlərinin nəticələri sabah məlum olacaq