Gəncədə şəhidimiz dəfn edildi


15:16     16 Fevral 2020 20_02_16_1581851877.jpg

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri Seymur Ələsgərov dəfn edilib.

"Femida.az bildirir ki, S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, hərbçilər, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, şəhər sakinləri iştirak edib.

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub, onun 9 aylıq oğlu var.

Femida.az

Açar sözlər:

Oxunub: 815