İmişlidə turşudan zəhərlənən ailənin daha bir üzvü ölüb
17:59 16 Fevral 2020
İmişlidə məskunlaşan məcburi köçkün ailəsinin turşudan zəhərlənən 15 yaşlı üzvü reanimasiya şöbəsində ölüb.
Femida.az xəbər verir ki, fevralın 12-də Ağdam sakinləri - 1971-ci il təvəllüdlü Ağayev Elman Mahmud oğlu, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Ağayeva Səyalı Sarış qızı və onların qızları - 2005-ci il təvəllüdlü Ağayeva Samirə Elman qızı zəhərlənmə diaqnozu ilə İmişli Mərkəzi Rayon Xəstəxanasının İnfeksion şöbəsinə yerləşdirilib.
Vəziyyətləri ağır olan ər və arvad daha sonra paytaxtda yerləşən 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə göndərilib. Daha ağır vəziyyətdə olan Səyalı Ağayeva orada dünyasını dəyişib.
Komatoz vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən ailənin 15 yaşlı qızı Samirə isə bir neçə saat əvvəl dünyasını dəyişib.
Zəhərlənməyə səbəb konservləşdirilmiş pomidor turşusundan hazırlanan xörək olub. İlkin olaraq onlara botulizm diaqnozu qoyulub.
Oxunub: 673
Oxşar xəbərlər
- İmişlidə 46 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb
- İmişlidə kişinin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanılıb
- İmişlidə qadın qətlə yetirilib, əri intihar edib
- İmişlidə 4 il əvvəl törədilən oğurluğun üstü açılıb
- İmişlidə avtomobillər toqquşub xəsarət alanlar var
- İmişlidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb
- İmişlidə tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır
- İmişlidə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
- İmişlidə avtomobil su kanalına düşüb, ölən var
- İmişlidə brakonyerliyə qarşı reyd keçirilib