Şamaxıda 3,9 maqnitudalı zəlzələ olub


19:22     16 Fevral 2020 20_02_16_1581863007.jpg

Bu gün Şamaxıda zəlzələ olub.

Femida.az -IN Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 16:32-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı rayonunda 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 13 km dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Açar sözlər:

Oxunub: 663