Tanınmış azərbaycanlı vəkil vəfat edib


21:25     16 Fevral 2020 20_02_16_1581870370.jpg

Rusiyada yaşayan tanınmış azərbaycanlı vəkil vəfat edib.

Femida.az -ın məlumata görə , bu gün Rusiyadakı Azərbaycan diasporunun fəal üzvü Nizami Bəşirov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

1968-ci il təvəllüdlü Nizami Yaşar oğlu Bəşirov Rusiyadakı azərbaycanlıların ictimai-siyasi həyatında aktiv iştirak edib. Vəkillik fəaliyyəti ilə məşğul olan Nizami Bəşirov Moskvanın "Bəşirov və tərəfdaşları" vəkillər kollegiyasına rəhbərlik edib.

Açar sözlər:

Oxunub: 903