Bu gün MSK yenidən toplanır


09:46     17 Fevral 2020 msk07.jpg

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçiriləcək.

Femida.az xəbər verir ki, iclasda Milli Məclisə seçkilərlə əlaqədar daxil olan müraciətlərə baxılacaq.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Daxil olan digər müraciətlər isə baxılması üçün Dairə Seçki Komissiyalarına (DSK) geri göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 434