FHN maarifləndirici təlim keçirib


09:56     17 Fevral 2020 20_02_17_1581919063.jpg

14 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin birgə təşkilatçılığı ilə, Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində yanğın təhlükəsizliyinə dair təlim keçirilib.

Femida.az xəbər verir ki, FHN-in müvafiq canlı qüvvə, texnika və avadanlıqlarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəb kollektivinə yanğın zamanı təhlükəsiz davranış qaydalarının aşılanması, o cümlədən yanğın zamanı təxliyyə prosesini nümayiş etdirmək olub.

Təlimdən əvvəl məktəbin müəllim və şagird kollektivinə yanğın təhlükəsizliyinə, eləcə də yanğın zamanı təxliyyəyə dair müvafiq maarifləndirici məlumatlar verilib.



Sonra təlimdə şərti yanğın zamanı həyəcan siqnalı verildikdən sonra FHN-in yanğınsöndürən və təcili tibbi yardım dəstələri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıb. Məktəbdə təxliyyə planına uyğun olaraq şagird və müəllimlərin təhlükəsiz yerə təxliyyəsi həyata keçirilib, sinif otaqlarında qalmış məktəblilər xilas edilib, şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib.

Təlimin sonunda zəlzələ zamanı məktəblilərə təxliyyə qaydalarına dair videoçarx nümayiş etdirilib.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.



Femida.az

Açar sözlər:

Oxunub: 601