Polis əməliyyat keçirdi - Oğurluq edən şəxs tutuldu


10:01     17 Fevral 2020 2018/02/polis_yeni_1518511611.jpg

Bakıda avtomobilləri qarət edən şəxs saxlanılıb.

Femida.az-ın məlumatına görə, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də F. Səmədov, 19-da E. Əvəzli, fevralın 1-də R. Cəfərov və 5-də E. Vəliyevə məxsus avtomobillərdən oğurluq edən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Turqut Sadıqlı saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 479