Bir qrup vəkil məcburi köçkünlərə hüquqi yardım göstərdi - Fotolar


10:41     17 Fevral 2020 20_02_17_1581921835.jpg


Vəkillər Kollegiyası və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı Kürdəxanı qəsəbəsində ödənişsiz hüquqi yardım göstərilib.


Femida.az-ın məlumatına görə, Bakı şəhəri 20 saylı Vəkil Bürosu tərəfindən 100-dək vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib. Onların problemləri ilə tanış olunub, müvafiq məsləhətlər verilib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb, o cümlədən hüquqi maarifləndirmə işi aparılıb.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulub.





Femida.az

Açar sözlər: #vəkil   #hüquqiyardım   #köçkün  

Oxunub: 2259