Piyadaya yol verməyən sürücüləri hansı CƏZA GÖZLƏYİR? - HÜQUQİ YARDIM


10:53     17 Fevral 2020 2020/02/piyada-kecidi_1581922465.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu yol hərəkəti zamanı təhlükəsizlik qaydaları ilə bağlıdır.


Demək olar ki, gündəlik həyatımızda hər birimiz sürücü,yaxud piyada qismində hərəkətdə oluruq. Qarşılaşdığımız mənzərələrdən biri sürücülərin piyadalara yol verməməsi və bəzən bunun nəticəsində ağır qəzaların da qaçılmaz olmasıdır.

Femida.az bildirir ki, sürücü piyadaya yol vermədiyi halda qanunla müəyyən olunmuş məsuliyyət daşıyır.


Bəs sürücü tərəfindən piyada keçidinə daxil olmuş piyadaya
yol verilmədikdə hansı cərimə tətbiq olunur?


"İnzibati Xətalar Məcəlləsi"-nin 330-cü maddəsinə əsasən həm nizamlanmayan piyada keçidlərində, həm də sağa və sola dönən zaman piyadaya yol verilməməsi 50 manat cərimə olaraq qiymətləndirilir.

Hazırladı: Miri Məcidli
Femida.az


Açar sözlər: #hüquqi_yardım   #vəkil   #qanun   #sürücü   #piyada  

Oxunub: 3119