Həbsxanaya narkotik keçirmək istəyənlər saxlanıldı


11:22     17 Fevral 2020 2020/02/15819-1581923550_1581925242.jpg

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətdən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 12.3; 241.2.1-ci maddələrinə əsasən 15 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum İsmayılov Elşən Aydın oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini İsmayılov Elçin Aydın oğlunun üzərinə baxış keçirilən zaman ona məxsus pul kisəsinin içində gizlədilmiş bükülüdə 0,515 qram narkotik maddə - tiryək aşkar edilib.

Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinə əsasən 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Zərbəliyev Rəşad Əliabbas oğluna dostu İmişli rayon sakini Hüseynov Emil Eldar oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan siqaret qutusunun içərisində xüsusi üsulla gizlədilmiş 1,876 qram narkotik maddə - tiryək aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 198