"İnstaqram"da narkomaniyanı təbliğ edən meyxanaçı saxlanıldı
11:42 17 Fevral 2020
Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Femida.az-ın məlumatına görə, Mehdiabad polisi sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxsi ələ keçirib.
Belə ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Məmmədli kənd sakini, 54 yaşlı Abidin Məhərrəmov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə yanaşı, həmçinin "Facebook" və "İnstaqram" sosial şəbəkələrində meyxana sədaları altında onun təbliğini həyata keçirib.
A.Məhərrəmov "İnstaqram"da açıq-aşkar narkotik vasitənin təbliğini özündə əks etdirən video görüntüdə paylaşıb. Mehdiabad Polis bölməsinin əməkdaşları, dərhal A.Məhərrəmovun yerini müəyyən edərək onu saxlayıb. Üzərinə və yaşadığı Məmmədli kəndindəki evinə baxış keçirilən zaman oradan xüsusi bükümdə narkotik vasitə hesab edilən, təqribən, çəkisi 2 kq-a yaxın marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
54 yaşlı kişi bu kimi faktlarla polis bölməsinə gətirilərək istintaqa təhvil verilib. Saxlanılan şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 561
Oxşar xəbərlər
- DİN: "Meyxanaçının siyasi qafiyələrə görə həbs olunması iddiaları yalandır"
- Biləcəridə vəfat etmiş meyxanaçının yaşadığı ərazi dezinfeksiya edilib
- Məşhur meyxanaçının dəfninə qatılanlar cəzalandırıldı - FOTO
- Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb
- Narkomaniyanı təbliğ edən daha bir meyxanaçı TUTULDU
- “Kazbek” meyxanasını oxuyan şəxslə bağlı MƏHKƏMƏ QƏRAR VERDİ
- Meyxanaçı Aydın Xırdalanlı vəfat edib
- Heydər Əliyev Fondu meyxana ustası Ağa Kərimin müalicəsini üzərinə götürdü
- Meyxanaçı Vahid Qədim niyə axtarışa verilib? - DİN-dən AÇIQLAMA
- Axtarışda olan məşhur meyxanaçının yeni — FOTOLARI YAYILDI