İsmayıllıda bina yanıb


21:12     28 Noyabr 2015 yanqin47.jpg

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.


APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 12:30 radələrində İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən rayon Profilaktik Dezinfeksiya Şöbəsinin 6 otaqdan ibarət olan inzibati binasında yanğın qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 201 kvadratmetr olan inzibati binanın bir otağı içərisindəki əşyalarla birgə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı qısa müddətdə alınıb və alovun digər otaqlara keçməsinə imkan verilməyib.

Məlumata görə, hadisəyə binanın həyətində quru ağac budaqları və yarpaqların toplanaraq yandırılması zamanı ocağın nəzarətsiz qalması və alovun yaxınlıqdakı binaya keçməsi səbəb olub.

Hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma aparılır.

sadi böhrana məruz qalmışıq, lakin Belarus bu təsirə çox az qalan dövlətlərdəndir”, -deyə Azərbaycan prezidenti əlavə edib.

Açar sözlər:

Oxunub: 873