Elektron qaimə-faktura hansı müddətdə verilməlidir?


12:34     17 Fevral 2020 2020/02/elektron-qaime_1581928605.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu Elektron qaimə-fakturanın hansı müddətdə verilməsi ilə bağlıdır.


Vergi Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-fakturanı malların təqdim olunması zamanı mallar göndərilən vaxt, əvvəlcədən sifariş edilməyən malların təqdim olunması zamanı malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində, habelə işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində verilir.

Femida.az

Açar sözlər: #Vergilər  

Oxunub: 823