Abşeron və Gəncə sakinlərindən 5 kq narkotik götürülüb


14:32     17 Fevral 2020 2020/02/1581930774519_ToYCkMJu_1581935630.jpg

Abşeron və Gəncə sakinlərindən narkotik götürülüb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini A.Məhərrəmovun evindən 2 kiloqram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini T.Qoşqarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 kiloqram 555 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 405