Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb


16:11     17 Fevral 2020 turkiye%20azerbaycan.jpg

2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı 2019-cu ilin yanvarı ilə müqayisədə 12,06 faiz artaraq 22,307 milyon dollar təşkil edib.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2020-ci ilin yanvarında Türkiyənin kimyəvi məhsul ixracı 2019-cu ilin yanvarı ilə müqayisədə 10,6 faiz artıb və 1,7 milyarda bərabər olub.

Yanvar ayında Türkiyənin kimyəvi məhsul ixracının payı ümumi ixracın 11,5 faizini təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı əvvəlki illə müqayisədə 5,07 faiz artaraq 322,295 miilyon dollara bərabər olub.


Femida.az

Açar sözlər:

Oxunub: 562