Bir neçə dairə üzrə müraciətlər etibarsız sayıldı - YENİLƏNİB


16:40     17 Fevral 2020 MSK23.jpg

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar müraciətlərə baxılır.


Femida.az xəbər verir ki, müraciətlər barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, 88 saylı Göyçay, 51 saylı Qusar, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən daxil olan müraciətlər müvafiq olaraq DSK-ya geri göndərilib.

A.Muxtarova əlavə edib ki, 16 saylı Yasamal ikinci, 73 saylı Lənkəran şəhər, 121 saylı Laçın, 98 saylı Şəmkir şəhər dairə seçki komissiyaları ilə əlaqədar müraciətlər qanunla müəyyənləşmiş vaxtdan gec edildiyi üçün etibarsız sayılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 234