Sumqayıtda şübhəli şəxs saxlanılıb


18:17     17 Fevral 2020 hebs5.jpg

Sumqayıtda cinayət törədən şəxs saxlanılıb.


Femida.az-ın xəbərinə görə, hadisə fevralın 15-i saat 2 radələrində şəhərin Metallurq küçəsində yerləşən “Metallurq kafe”sində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Elman Rüstəmov aralarında yaranmış mübahisə zamanı Sumqayıt sakini Zakir Allahverdiyevi bıçaqlayıb.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən E.Rüstəmov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aprılır.

Açar sözlər:

Oxunub: 472