İmişlidə "Mercedes"lə motosiklet toqquşdu, sürücü öldü


20:50     17 Fevral 2020 qeza.jpg

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Orxan Bəylər oğlu Rzayevin idarə etdiyi "Mercedes" markalı avtomobillə 1955-ci il təvəllüdlü Əlibala Ağabala oğlu Zeynalovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 487