Nikahın ləğvinə dair iddia ərizəsi necə yazılır? - NÜMUNƏ


09:50     18 Fevral 2020 bosanma-davasi-dilekcesi-ornegi-bosanmadavam.jpg

Bir çox ölkələrdə olduğu kimi, ölkəmizdə də boşanma proseduru sadədir. Belə ki, tərəflərdən biri boşanma iddiası ilə məhkəməyə müraciət edərsə və məhkəmə nikahın davam etdirilməsinin mümkün olmaması barədə qənaətə gələrsə, boşanma qərarı verilir. Tərəflərdən birinin boşanmaq istəmədiyi və ya məhkəməyə gəlmədiyi təqdirdə boşanma prosesi 3 ay müddətinə təxirə salınır. Bu 3 ay müddətində razılıq əldə edilmirsə, məhkəmə iddiaçı tərəfin mövqeyini əsas götürür. Yəni bu zaman qarşı tərəfin məhkəməyə gəlib-gəlməməsi və ya fikri vacib sayılmır.

Bəs məhkəməyə təqdim edilən "nikahın ləğvinə dair iddia ərizəsi" necə yazılmalıdır?

Femida.az vətəndaşlara iddia ərizəsinin yazılış formasını təqdim edir:



____________ rayon məhkəməsinə



İddiaçı: _____________________

/ Ünvan: _____________________/



Cavabdeh: _____________________

/ Ünvan: _____________________/



Nikahın ləğvinə dair

İ D D İ A Ə R İ Z Ə S İ





Mən cavabdehlə ________-ci ildə rəsmi nikaha girib ailə qurmuşam. Birgə nikahdan ____________-cu il təvəllüdlü ________________________oğlu/qızı ___ uşağımız anadan olmuşdur:.

Nikahın ləğvi barədə ərizə verməyimin səbəbi xasiyyətimizin tutmaması, bu səbəbdən birgə yaşamağımızın mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aramızdakı münasibətlər kəskinləşmişdir.

Xasiyyətimizin tutmaması səbəbindən ailə münasibətlərimiz dağılmışdır. Ailə münasibətlərimizin bərpa olunması mümkün deyildir. Artıq iki aydır ki, nikahımız formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamağımız mümkün deyildir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır.

Hesab edirəm ki, aramızda olan nikah ləğv edilməli, uşaq anası ilə saxlanmalıdır. Uşaq üçün könüllü aliment ödəyirəm.

Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20-ci və 21-ci maddələrini rəhbər tutub məhkəmədən





Xahiş edirəm:



Mənimlə ________________________oğlu/qızı arasında nikahın ləğv edilməsinə, uşaqların mənim yanımda saxlanılmasına dair qətnamə çıxarasınız.



Qoşma:

1. Dövlət rüsumunun ödənilməsinə dair qəbz
2. İddia ərizəsinin surəti
3. Şəxsiyyət vəsiqəsinin surəti
4. Nikah haqda şəhadətnamənin əsli
5. Doğum haqda şəhadətnamənin surəti
6. Yaşayış yerindən arayış


İddiaçı: ________________________oğlu/qızı



“___” _______ 20__-ci il

Açar sözlər:

Oxunub: 22388